Pentaqon rəsmisi Ceff Deyvis (Jeff Davis) Əfqanıstanda başladılan sülh mərhələsində önəmli müttəfiq kimi gördüklərini deyib, bu səbəbdən də artıq bu qruplaşmaya qarşı əməliyyat aparmadıqlarını vurğulayıb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Əfqanıstanda sülh mərhələsinin uğurla nəticələnməsi müddətində Talibanı özlərinə ortaq hesab edir.
Pentaqon rəsmisi kapitan Ceff Deyvis dünən Vaşinqtonda keçirdiyi mətbuat konfransında bununla bağlı açıqlama verib. O, "Biz artıq Talibana qarşı terrorla mübarizə əməliyyatları aparmırıq" - deyib və əlavə edib ki, Əfqanıstan mövzusunda Talibanı önəmli müttəfiq kimi görürlər.
Kapitan hazırkı vəziyyətdə daha çox İŞİD-lə mübarizəyə kökləndiklərini vurğulayıb. O, İŞİD-in bu bölgədə dərin kök sala bilmədiklərini və Pakistanında terrorçulara qarşı amansız mübarizə apardıqlarını qeyd edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !