1. Bina Müdafiə Nazirliyi üçün tikilməyib - prezident Franklin D. Ruzvelt Pentaqonun Müdafiə Nazirliyinin mərkəzi olmasını planlaşdırmayıb. 1930-cu ildə Döyüş və Donanma Nazirliyi yeni bir binaya köçürülüb, lakin nazirlik çox qısa müddətdə binaya sığmamağa başlayıb. Bu zaman prezident 1941-ci ildə 40,000 çalışanı və 10,000 vasitəni tuta biləcək yeni bir binaya köçürülməsi üçün təlimat verir və bina 1943-cü ildə tikilir. Bura indiki Pentaqon binası olur. Köhnə Döyüş Nazirliyi binası isə indiki Xarici İşlər Nazirliyi halına gətirilir.
2. "Empayr Steyt" binasından daha böyükdürPentaqon ümumi sahəsinə görə, "Empayr Steyt" binasından (ing. Empire State Building) - NyuYorkun Manhetten adasında yerləşən 102 mərtəbəli göydələn) daha böyükdür. Pentaqonun ümumi sahəsi 4,738,055,040 kvadratmetr təşkil edir və bu, "Empayr Steyt"in ümumi sahəsindən iki dəfə böyük deməkdir.
3. "Hell'S Bottom" (Cəhənnəmin Dibi) adlı bir məhəllədə tikilibPentaqon "Hell'S Bottom"(Cəhənnəmin Dibi) adlı kasıb bir zənci məhəlləsində inşa edilib. Bölgəni qədimdə baş vermiş daxili döyüşlərdən sonra kölələr meydana gətirmişdilər.
4. Soyuq Müharibə əsnasında "Sıfır Nöqtəsi" olaraq tanınıbPentaqon Soyuq Müharibə illərində sıfır nöqtəsi olaraq tanınıb. Bunun səbəbi Sovet İttifaqı ilə ola biləcək hər hansı nüvə müharibəsi zamanı ən əvvəl Pentaqonun hədəf alınacağının düşünülməsiydi.
5. 28,163,52 kilometrPentaqonun daxilində gəzməklə xeyli yol qət eləmək mümkündür. Binanın dəhlizlərinin uzunluğu 28,163,52 km-dir. Hətta binanin daxili dizaynının labirent kimi olması bir dəfə General Eisenhowerin ofisini tapmağa çalışarkən itməsinə də səbəb olub.
6. TəmirPentaqon binası istifadəyə verildiyindən indiyə qədər yalnız cəmi bir dəfə təmir edilib. Amma bu təmir 17 il sürüb və 2011-ci ildə bitib. Əsaslı təmir işləri ümumi 4.5 milyard dollar təşkil edib.
7. Yalnız 5 mərtəbəsi varPentaqon yalnız 5 mərtəbəli bir binadır. Bu şəkildə inşa edilməsinin səbəbi inşaat müddətində davam edən II Dünya Müharibəsi zamanı polad ehtiyatlarının qorunması ilə bağlıdır. Memarlar eyni zamanda binanın Potomac çayının arxasından paytaxtın mənzərəsini pozmamaq üçün binanın hündürlüyünün çox olmamsı qənaətinə gəliblər.
8. Lift yoxPentaqonun içində heç bir lift yoxdur.
9. Rekord müddətdə bitirildiPentaqon o qədər böyükdür ki, onun inşasının qısa müddətdə bitirildiğini kimsə inana bilmir. Layihəni amerikalı memar Corc Berqstrom hazırlayıb, binanın tikintisi 11 sentyabr 1941-ci ildə başlayıb və 15 yanvar 1943-cü ildə tamamlanıb.
10. Gərəyindən çox tualeti varPentaqonda lazım olandan iki qat çox tualet var. Bunun səbəbi Pentaqonun İnşaasının irqi ayrı-seçkilik edildiyi illərdə reallaşması və ağ-zənci çalışanlar üçün ayrı-ayrı tualetlərin inşa edilməsi ilə bağlıdır.
Hazırladı NurayANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !