Pentaqon “məntiqli bombalar” hazırlayacaq

10:43 | 06.11.2015
Pentaqon “məntiqli bombalar” hazırlayacaq

Pentaqon “məntiqli bombalar” hazırlayacaq

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) kompüter şəbəkəsi vasitəsilə düşmənin infrastrukturunu məhv edəcək "məntiqli bombalar”ın istehsalı üçün podratçı axtarır. 

ANN.az Musavat.com-a istinadən xəbər verir ki, "məntiqli bombalar” – düşmənin infrastrukturunun özünüməhvinə gətirən xüsusi proqramlardan ibarətdir.

Onların köməyi ilə ABŞ "atom stansiyalarında qəzalar yaratmaq, yaşayış məntəqələrini suda qərq eləmək üçün su bəndlərini açmaq, aviaqəzalara səbəb olmaq üçün dispetçer avadanlıqlarını söndürmək imkanı əldə edəcək”. "Yəni "məntiqli bombalar”ın təsiri nəticəsində mülki əhali ciddi zərər görə bilər” – hesab edir ekspertlər. Mənbənin bildirdiyinə görə, kiberhücum vasitələri 460 milyon dollarlıq kontrakt çərçivəsində işlənib  hazırlanmalıdır. "Bizim hərbçilər istənilən an qəddar kiberddüşmənlə üz-üzə gələ bilər”, - deyə ABŞ HHQ şöbəsinin keçmiş direktoru Sedrik Leyton qeyd edib. Bir qədər öncə ABŞ və Çin kibertəhlükəsizliyə dair təcili danışıqlar aparmışdı.
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM