ABŞ və NATO Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşırlar, bu qarşıdurma hətta Vladimir Putin prezident postunu tərk etdikdən sonra da davam edəcək, bu barədə Pentaqon rəhbəri Eşton Karter bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə Reuters bildirib.
"Rusiya Vladimir Putinin rəhbərliyi altında, hətta o getdikdən sonra belə dəyişə bilməz”, - Karter Berlində Avropa ölkələri üzrə bir həftəlik turnesinin başlanğıcında bildirib.
Putinin öz siyasətini dəyişə biləcəyinə dair suala cavab verərkən Karter deyib ki, o buna ümid edir, "amma əmin ola bilməz”.
Pentaqon rəhbəri ABŞ-ın Rusiyanın proqnozlaşdırılan siyasətə qayıdacağına ümid etdiyini bəyan edib. Karter Moskva ilə diplomatik əməkdaşlıq məsələlərində bəzi uğurları da, o cümlədən də İranın nüvə proqramına dair danışıqları qeyd edib.
Almaniyada, Estoniyada və Belçikada Eşton Karter həmkarları ilə "Rusiya tərəfindən çağırışları” müzakirə edəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !