Pentaqon Rusiya, İran, Çin və Şimali Koreyanın "fəaliyyətindən narahatdır"

22:39 | 02.07.2015
Pentaqon Rusiya, İran, Çin və Şimali Koreyanın

Pentaqon Rusiya, İran, Çin və Şimali Koreyanın "fəaliyyətindən narahatdır"

 Pentaqon qərargah rəislərinin birləşmiş komitəsi 2015-ci il üçün milli hərbi strategiyanı yayımlayıb. Sənədə görə, beynəlxalq təhlükəsizliyə ən böyük təhdid "İslam Dövləti" cihad qruplaşması hesab olunur.

Sənəddə həmçinin "revizionsit dövlətlər" başlığı ilə Rusiya, İran, Çin, və Şimali Koreya dövlətləri də qeyd olunub.

"Rusiya narkotiklər və terrorizmlə mübarizə aparsa da, dəfələrlə qonşu ölkələrin ərazi bütövlüyünə hörmətsiz yanaşıb", hərbi sənəddə deyilir.

Pentaqon sənədində Krımın ilhaqının kontekstində "hibrid müharibəsi" texnikası xatırladılır. Onlar Rusiyan hərbi qüvvələrini üçüncü qüvvələr vasitəsilə regional təhlükəsizliyi sarsıtmaqda günahlandırırlar.

Pentaqon həm də rəsmi Pekinin bütün Cənubi Çin dənizini öz avtokratiyası hesab etmələrindən narahatdır.

Bununla yanaşı sənəddə Rusiya, İran, Çin, və Şimali Koreyanın ABŞ və onun müttəfiqləri üçün birbaşa təhdid sayılmadığı da vurğulanır. Amma "bu dövlətlərin fəaliyyəti narahatlıq yaradır", sənəddə deyilir.

Ötən həftə Pentagon NATO-ya daxil olan Şərqi Avropa ölkələrinə ağır texnikanın yerləşdiriləcəyi haqqında məlumat yaymışdı.//bbc.com/azeri
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM