Rusiyanın Ukraynaya qarşı siyasəti ABŞ üçün gözlənilməz oldu, Pentaqon rəhbəri Eşton Karter bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
"Biz bu yeni çağırışları istəmirdik, çünki son 15 ildə başımız qarışıq idi - İraq və Əfqanıstan, dünyanın başqa yerlərində problemlərimiz var idi. Lakin sonradan Rusiyanın belə davranışı ilə qarşılaşdıq", - deyə, Karter ABŞ-da hərbiqulluqçuların qarşısında çıxışı zamanı bildirib.
ABŞ-ın müdafiə naziri NATO-nun Baltik dənizində " BALTOPS" təlimlərində iştirak edən hərbi qulluqçuların qarşısında çıxış edib.
Bir müddət əvvəl isə Pentaqondan Rusiyaya ABŞ-ı "keçmişə" qaytarmağa icazə verməyəcəklərini bildirmişdilər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !