Ukraynaya öldürücü silahların verilməsi məsələsi gündəmdə olaraq qalır.
Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bu ölkənin yeritdiyi siyasəti dəyişməyib, həmçinin Ukraynadakı vəziyyətə də təsir etməyib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Konqresdə keçirilən dinləmələrdə Avropada NATO Silahlı Qüvvələri birləşmələrinin baş komandanı Filip Bridlav və ABŞ müdafiə nazirinin müavini Kristin Uormut bildiriblər.
"Etiraf etməliyik ki, tətbiq edilən sanksiyalar Rusiyanın siyasətini dəyişməyib”, deyə K.Uormut bildirib.
Filip Bridlav isə qeyd edib ki, Ukraynaya letal (öldürücü) silahların verilməsi məsələsi gündəmdə olaraq qalır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !