ABŞ İslam Dövləti qrupu ilə mübarizə aparan Suriya üsyançılarına dəstək taktikasını dəyişir.
Pentaqon İslam Dövləti qrupunun nəzarətində olan ərazilərdə razılaşdırılmış əməliyyatlar keçirmək üçünyoxlanmış lider və onların birləşmələrini silahla təmin edəcək.
Bunu Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk deyib.
Reuters agentliyi bildirir ki, bu Suriyadan kənarda Bashar Assad rejiminə qarşı müxalif ruhda olan birləşmələrin hazırlanması və təmin edilməsi ilə bağlı əvvəlki proqramlardan dönmək deməkdir.
Pentaqonun adı çəkilməyən rəsmisi bildirib ki, əvvəlki kimi bütün piyadalar yox, üsyançıların liderləri hazırlıq keçəcək.
Pentaqon həmçinin İslam Dövləti qrupu ilə mübarizə aparan üsyançılara havadan dəstək göstəriləcəyini bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !