Pentaqon: Türkiyə İŞİD-ə qarşı əməliyyatlarda iştirak etməlidir

10:00 | 21.08.2015
Pentaqon: Türkiyə İŞİD-ə qarşı əməliyyatlarda iştirak etməlidir

Pentaqon: Türkiyə İŞİD-ə qarşı əməliyyatlarda iştirak etməlidir

"Türkiyə "İraq-Şam İslam Dövləti" (İŞİD) qruplaşmasına qarşı anti-terror əməliyyatlarına qoşulmalıdır".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında sualları cavablandıran Pentaqon rəhbəri Eşton Karter bildirib.

"Biz istəyirik ki, Türkiyə İŞİD-ə qarşı mübarizədə daha çox səy göstərsin. Sizin konkret sualınız Türkiyənin /beynəlxalq anti-terror/ koalisiyasının hərbi hava əməliyyatlarına qoşulması ilə bağlı oldu. Türklər, prinsip etibarı ilə bunu etməyə razılaşıblar. İndi onlar anti-terror əməliyyatlarına qoşulmalı və onda iştirak etməlidirlər".

Karter bunu "ABŞ-ın Türkiyədən istəklərinin yalnız bir hissəsi adlandırıb və Türkiyənin bunu etməyə hazır olduğunu bildirib".


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM