ANN.Az milliyet.com.tr-yə istinadən xəbər verdi ki, İŞİD-lə Qlobal Mübarizə komitəsini xüsusi nümayəndəsi general John Allenin "İraq qüvvələrinin, beynəlxalq koalisiyanın dəstəyi ilə İŞİD-a qarşı quru hərəkatı başladacağı" barədə açıqlamalarını şərh edən Kirbi bildirib ki, hərbi əməliyyatlarla bağlı heçnə deyə bilməz.
Kirbi daha sonra fikirlərini belə ifadə edib: "İraqın yerli təhlükəsizlik qüvvələrinin imkanlarını artırmaq üçün ciddi səy göstəririk. İraqda müəyyən olan dörd təlim mərkəzi var və bunlar hal-hazırda fəaliyyət göstərir. Təlim prosesinin indiyə qədər olduqca yaxşı getdiyini düşünürük. Məqsədimiz onların İŞİD-a qarşı mübarizəni davam etdirmələri və sonda qələbə qazanmaları üçün lazımlı səviyyəyə gəlmələrinə kömək etməkdir. Amma bunu demək istəyirəm ki, hal-hazırda hamımızın fikri Mosuldadır, quru hərəkatının nə zaman olacağı ilə bağlı dəqiq tarix deyə bilməyəcəm."
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !