Pentaqon: “İraqda və Suriyada quru əməliyyatı həyata keçirilməlidir”
“İslam dövləti” qruplaşmasının mövqelərinə endirilən hava zərbələri yaraqlıların infrastrukturunu dağıtmağa başlayıb.
ANN.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ qərargah rəislərinin birləşmiş komitəsinin sədri Martin Dempsi bildirib.
Bununla belə o qeyd edib ki, qələbə üçün hava zərbələri kifayət deyil. Dempsinin sözlərinə görə, Suriya və İraqda quru əməliyyatı həyata keçirilməlidir.
“İslam dövləti” qruplaşmasının ələ keçirdiyi əraziləri azad etmək üçün xüsusi təlimlərdən keçmiş 15 minə yaxın canlı qüvvəyə ehtiyac var. Suriya ərazisində cihadçılarla mübarizəni müxalifətin hərbi bölmələri də apara bilər”, Dempsi vurğulayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !