Pentaqonun ikinci adamı Daşkənddə

23:31 | 31.07.2014
Pentaqonun ikinci adamı Daşkənddə

Pentaqonun ikinci adamı Daşkənddə

ABŞ Müdafiə Nazirliyində təmsil olunan ikinci şəxs general Jim Ostin rəsmi səfər çərçivəsində Özbəkistana gedib.

 Özbəkistan Xarici İşlər Nazirliyi ABŞ Mərkəz Ordu komandiri, general III Lloyd Jim Ostinin Daşkəndə rəsmi səfərə gəldiyinə dair xəbər yayıb. Xəbərə görə, Pentaqonun yüksək rütbəli generalı Özbəkistan Xarici İşlər Nazirliyində olub və iki dövlət arasındakı hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.  İstiqamet.com xəbər verir ki, Rusiyanın "Ria.ru" xəbər agentliyi son zamanlar Pentaqon rəsmilərinin Özbəkistana səfər etməsini yazır, bunun səbəbinin ABŞ-ın ölkənin cənubundakı Tirmiz şəhəri yaxınlığında yeni hərbi baza qurma niyyəti olduğunu irəli sürür. Müstəqil siyasi müşahidəçilər hesab edirlər ki, ABŞ Əfqanıstandakı çətin vəziyyətə yardım göstərmək və Rusiya ilə getdikcə pisləşən əlaqələrini yoluna qoymaq üçün Özbəkistanda yeni hərbi siyasət yürütməyə ehtiyac duyur. "Ria.ru"nun yaydığı xəbərdə deyilir ki, ABŞ Özbəkistandakı yeni hərbi bazanın təkmilləşdirilməsi üçün 1 milyard dollarlıq müqavilə imzalamağa hazırdır.ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM