Pentaqonun yeni rəhbəri təyin olundu

14:25 | 03.12.2014
Pentaqonun yeni rəhbəri təyin olundu

Pentaqonun yeni rəhbəri təyin olundu

ABŞ-ın keçmiş müdafiə nazirinin müavini Eşton Karter Pentaqonun yeni rəhbəri olacaq.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Ağ evin rəsmi nümayəndələrinə istinadla ВВС-nin Rusiya bürosu xəbər yayıb.

ABŞ-ın müdafiə naziri vəzifəsinə E.Karterin namizədliyinin irəlili sürülməsi haqqında CNN televiziyası daha əvvəl bildirib. Bundan sonra, o, Pentaqonun rəhbəri vəzifəsinə iddiaçılar siyahısına başçılıq edir. Eşton Karter Çak Heygel və ondan əvvəl Leon Panettanın müavini olub. Ç.Heygelin müavini kimi o, 600 milyonluq büdcə və 2,4 milyon mülki və hərbi personala görə məsuliyyət daşıyıb.

Xatırladaq ki, müdafiə naziri Çak Xeyqel keçən həftə istefaya gedib. E.Karter silahlı qüvvələrdə xidmət etmyib, lakin təhlilçilər onun müasir silahlara dair dərin biliyə malik olduğunu bildirirlər.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti