Ermənistanın Gümrü şəhərində 7 nəfərlik ailəni qətlə yetirən Rusiya əsgəri Valery Permyakov Ermənistanda mühakimə olunacaq.
Bu barədə noyabrın 24-də "İnterfaks” agentliyi məlumat yayıb.
Gümrüdəki Rusiya bazasının qarnizon məhkəməsi bu ilin avqustunda Permyakovu 10 il azadlıqdan məhrum edib.
O fərrarilik, silah oğurluğu və qanunsuz silah gəzdirməkdə təqsirli bilinib.
Ermənistanda isə o ketləvi qətl törətmə maaddəsi ilə mühakimə olunacaq.
Artıq yaxın vaxtlarda məhkəmənin vaxtı təyin ediləcək.
Permayov 2 azyaşlı uşaq da daxil olmaqla Avetisyan ailəsinin 7 üzvünü bu il yanvarın 12-də qətlə yetirib. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !