Permyakov məhkəmə qarşısına çıxacaq

13:45 | 12.08.2015
Permyakov məhkəmə qarşısına çıxacaq

Permyakov məhkəmə qarşısına çıxacaq

Rusiya hərbi məhkəməsi Ermənistanda çərşənbə günü respublikada hərbi bazanın hərbçisi Valeri Permyakova dair cinayət işinə baxacaq. O, silah ilə fərarilik edərək bir ailəni qətlə yetirib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, işə Ermənistanda yerləşən Rusiya hərbi bazalarının və sərhəd qoşunlarının hərbçilərinin ittiham edildiyi cinayət işlərinin baxılması həvalə edildiyi 5-ci qarnizon məhkəməsində baxılacaq.

"Səyyar məhkəmə iclası açıq olacaq, iclas birləşmələrin əsas hissəsinin yerləşdiyi Gümrüdə, Rusiya hərbi bazasında keçiriləcək”, - məhkəmədə qeyd ediblər.

Xatırladaq ki, yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvü güllələnib.

Cinayəti Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov törədib.

O, Ermənistan-Türkiyə sərhədini keçmək istəyərkən Rusiya sərhədçiləri tərəfindən saxlanılıb. İnsident zamanı Avetisyanlar ailəsinin müxtəlif xəsarətlər alan 6 aylıq üzvü Seryoja Avetisyan isə yanvarın 19-da ölüb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM