Peru Şimali Koreya səfirini “persona non-qrata” elan edib

11:15 | 12.09.2017
Peru Şimali Koreya səfirini “persona non-qrata” elan edib

Peru Şimali Koreya səfirini “persona non-qrata” elan edib

Peru Limadakı Şimali Koreya səfiri Kim Hak Çolu "persona non-qrata” elan edib.

anews.az-ın xəbərinə görə, bu barədə məlumat sentyabrın 11-də Peru XİN-nin rəsmi saytında yerləşdirilib.

Səfirə ərazisini tərk etmək üçün beş gün vaxt verib.

Qərar Şimali Koreyanın nüvə proqramına etiraz olaraq qəbul edilib.

"KXDR-in nüvə proqramı beynəlxalq normaları açıq şəkildə pozur və bütün dünya üçün ciddi təhlükə yaradır”, - qurumun məlumatında deyilir.

Xatırladaq ki, oxşar qərar sentyabrın 7-də Meksika tərəfindən də qəbul olunub.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM