Peruda güclü daşqınlar 18 nəfərin həyatına son qoyub

12:04 | 13.03.2023
Peruda güclü daşqınlar 18 nəfərin həyatına son qoyub

Peruda güclü daşqınlar 18 nəfərin həyatına son qoyub

Peruda Yaku siklonunun yaratdığı daşqın və leysan 18 nəfərin həyatına son qoyub. Bu barədə "Frans Press” agentliyi bazar ertəsi Milli Mülki Müdafiə İnstitutuna istinadən məlumat yayıb.

Ümumilikdə, hakimiyyət orqanlarının statistikasına görə, bir neçə ay əvvəl başlayan bu yağışlı mövsümdə artıq 59 nəfər həlak olub, 1300-dən çox yaşayış binası dağılıb.

Bu ilin fevralında Perunun cənubundakı Arekipa departamentində 40 nəfər sürüşmənin nəticələrinin qurbanı olub, 2017-2018-ci ilin yağışlı hava 10-dan çox insanın həyatına son qoyub 16 mindən çox yaşayış binası dağılıb.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM