• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Pərviz Həşimli intihara cəhd edib? - MTN-dən açıqlama

Pərviz Həşimli intihara cəhd edib? - MTN-dən açıqlama
13.12.2013 17:03
 Bu gün Səbail Rayon Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin saxlanma yerinin dəyişdirilməsi barədə iddiasına baxılıb.APA-nın məlumatına görə, P. Həşimli məhkəmə binasının qarşısında jurnalistlərə ona işgəncə verildiyini deyib. Daha sonra P. Həşimlinin vəkili Elçin Sadıqov müdafiə etdiyi şəxsin Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında qayçı ilə özünə xəsarət yetirmək istədiyini, lakin onun bu cəhdinin qarşısının alındığını bildirib. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev isə APA-ya açıqlamasında bu məlumatların əsassız olduğunu qeyd edib: “Bunlar əsassız, fakta söykənməyən, yalan məlumatlardır. İndiyədək Milli Təhlükəsizlik Nazirliyinin müvəqqəti saxlanma yeri və İstintaq Təcridxanasında hər hansı işgəncə, yaxud qeyri-insani rəftara yol verilməsi barədə heç bir fakt qeydə alınmayıb. Bu, ümumiyyətlə, qeyri-mümkündür. Bildiyiniz kimi, Ombudsman Aparatının əməkdaşları, işgəncələrə qarşı qeyri-hökumət təşkilatlarının nümayəndələri mütəmadi olaraq Milli Təhlükəsizlik Nazirliyinin müvəqqəti saxlanma yeri və İstintaq Təcridxanasında monitorinq keçirirlər. İndiyədək onlar tərəfindən saxlanılan şəxslərə qarşı hər hansı qeyri-qanuni hərəkətə, yaxud işgəncəyə yol verilməsi faktı qeydə alınmayıb. Bu cür məlumatların yayılması subyektivdir, müəyyən mənada istintaqa təzyiq vasitəsidir, həqiqətdən uzaqdır” . Qeyd edək ki, P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. Səbail Rayon Məhkəməsində P. Həşimli barəsində həbs-qətimkan tədbiri seçilib. P. Həşimlinin bu gün keçirilən məhkəməsini yarımçıq tərk edən vəkili E. Sadıqovun məsələyə münasibətini öyrənmək mümkün olmayıb. Vəkil telefonlara cavab vermədiyindən və bugünkü proses qapalı keçirildiyindən məhkəmənin P. Həşimlinin iddiası ilə bağlı hansı qərarı verdiyini də öyrənə bilmədik. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 00:24
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 21:29
Xəzər dənizində zəlzələ olub
Faktiki hava açıqlanıb
Cəmiyyət 20:33
Faktiki hava açıqlanıb
Rusiyada Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirilib,saxlanılanlar var
Cəmiyyət 19:24
Rusiyada Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirilib,saxlanılanlar var
Sabirabadda 3 gün əvvəl göldə batan şəxsin meyiti tapılıb
Cəmiyyət 18:29
Sabirabadda 3 gün əvvəl göldə batan şəxsin meyiti tapılıb
Astarada itkin düşən balıqçıların axtarışı davam etdirilir - Video
Cəmiyyət 17:16
Astarada itkin düşən balıqçıların axtarışı davam etdirilir - Video
DİM-dən köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlərin məsələsinə münasibət
Cəmiyyət 14:30
DİM-dən köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlərin məsələsinə münasibət
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:25
Sabahın hava proqnozu açıqlanıb
Salyanda 9 kiloqram narkotik satmaq istəyən şəxslər həbs olunub
Cəmiyyət 13:15
Salyanda 9 kiloqram narkotik satmaq istəyən şəxslər həbs olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol