Pərviz Həşimlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

22:17 | 06.02.2014
Pərviz Həşimlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

Pərviz Həşimlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

Həbsdə olan “Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimlinin cinayət işi üzrə ibtidai istintaqın yekunlaşması vəkillərə elan olunub. APA-nın məlumatına görə, növbəti gündən vəkillər P. Həşimlinin cinayət işi üzrə materiallarla tanış olmağa başlayacaqlar. Qeyd edək ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. P. Həşimli barəsində Səbail Rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti