Pərviz Məmmədov: "Bizim serial digərlərindən fərqlənəcək" - FOTOLAR

13:24 | 03.10.2013
Pərviz Məmmədov: "Bizim serial digərlərindən fərqlənəcək" - FOTOLAR

Pərviz Məmmədov: "Bizim serial digərlərindən fərqlənəcək" - FOTOLAR

Fəxrəddin Manafov, Fuad Poladov, Mehriban Zəki yeni serialda...Oktyabrın 3-də, saat 19:15-də"Azad Azərbaycan" telekanalında "Həyat çiçəyi" adlı yeni teleserialınnümayişinə start veriləcək. Bu teleserial "Ultra Prodakşn”ınistehsalıdır. Bu prodakş indiyədək ayrı-ayrı istiqamətlərdə fəaliyyətgöstərib və ilk dəfə Azərbaycan tamaşaçısına serial təqdim edir. Buteleviziya filmi nədən bəhs edir? Tamaşaçı orda Azərbaycanın hansıtanınmış aktyorlarını, sənətkarlarını görəcək?ANN.Az-ın suallarını  "Ultra Prodakşn”ın prezidenti Pərviz Məmmədov cavablandırır:- "Ultra Prodakşn" nə vaxt yaranıb və onun fəaliyyət istiqaməti haqqında nə məlumat verə bilərsiniz?- "Ultra Prodakşn”ın əsasını 4 il öncə mərhum Anar Məmmədxanov qoyub.Bu, onun sonuncu layihəsidir. Bizim qurumun əsas faəliyyətistiqamətlərindən biri çəkiliş texnikasının kirayə verilməsi iləbağlıdır. Bundan başqa, bir çox filmlərdə "Ultra Prodakşn”ın əməkdaşlarıişləyib. "Dolu” filminin və son günlərdə təqdimatı keçirilən "Mahmud vəMəryəm” filminin Azərbaycandakı çəkilişləri bizim texniki bazamızəsasında aparılıb. Serial istiqamətində ilk işimiz Rusiyanın NTVtelekanalı ilə "Mən sizə müharibə elan edirəm”in çəkilişləri zamanıolub. Öz çəkilişlərimizə gəlincə, Azərbaycan Mədəniyyət və TurizmNazirliyinin sifarişi ilə buna qədər iki sənəfli film istehsal etmişik.Eləcə də prodakşının öz təşəbbüsü ilə çəkdiyi sənədli filmlər də olub. - İndiyə qədər Azərbaycanda xeyli serial çəkilib və yenə dəçəkilməkdədir. Maraqlıdır, "Həyat çiçəyi”nin ideyası haradan yarandı?- Əvvəlcə mən teleseriallarla bağlı verdiyi sərəncama və yaratdığıəlverişli şəraitə görə cənab prezident İlham Əliyevə minnətdarlıq etməkistəyirəm. Bizim layihə prezident İlham Əliyevin milli teleseriallaradəstək məqsədilə 4 aprel 2013-cü ildə verdiyi sərəncam çərçivəsindəayrılan maliyyə əsasında gerçəkləşdirilir. Onu da deyim ki, bizimprodakşnın çəkdiyi serial digərlərindən fərqlənəcək. Çünki biz fərqlisistemlə işləyirik. Bilirsiniz ki, bu gün MDB məkanında Rusiyateleserial istehsalında liderdir. Biz də işə başlamazdan əvvəl onlarıniş üsulları ilə maraqlandıq. Aydın oldu ki, ruslar xaricdə çəkilmiş hərhansı serialı ölkələri üçün adaptasiya edirlər. Yəni, qəhrəmanlarınadları, onların yaşadıqları məkam milliləşdirilir. Bu gün bir çoxölkələrdə hazırda bu modeldən istifadə olunur. Bizim prodakşn daAzərbaycanda ilk dəfə olaraq bu sistemlə addımladı, ölkəyə yeni sistemigətirdi. Bizə daha yaxın olan ölkədə - Gürcüstanda nümayiş olunan bu cüruyğunlaşdırılmış rus seriallarından birini aldıq və Azərbaycanauyğunlaşdırdıq. Filmin baş prodüsseri mənəm, layihədə bütün prodakşniştirak edir. Rejissor və operatorların yarısı Gürcüstandan dəvətolunub, texniki işçilərin demək olar ki, böyük əksəriyyəti gürcülərdir.Onlar həm bizimlə çalışacaqlar, həm də bizim işçilərə "master klass"keçəcəklər. Çünki Gürcüstanda da artıq teleserial çəkilişi ilə bağlıxeyli təcrübə toplanıb. - Yeni teleserial nədən bəhs edir?- Bu ekran əsəri melodram janrındadır. "Həyat çiçəyi” qırx seriyadanibarət olacaq və bu gündən başlayaraq hər həftənin dördüncü günü saat19.15-də "Azad Azərbaycan" telekanalında efirdə olacaq. Süjet varlı birailənin başına gələn hadisələrlə bağlıdır. Bu serialda xəyanət də var,düşmənçilik də, məhəbbət də. Dramatizmdən bol istifadə etməyəçalışmışıq, niyyətimiz tamaşaçılara maraqlı serial təqdim etməkdir. Ammabəri başdan deyim ki, bizim teleserialda hadisələr ölüm-itimləbitməyəcək.- Layihənizdə tanınmış aktyorlardan kimlər var?- Bəli, ilk dəfə Azərbaycan tamaşaçısı teleserialda, baş rollardanbirində böyük sənətkar Fəxrəddin Manafova tamaşa edəcəklər. Bundan başqatanınmışlardan Fuad Poladov, Mehriban Zəki bizim filmdə rol alıblar.Digər rolları da həm kifayət qədər tanınmış, həm də gənc və istedadlıaktyorlar canlandıracaqlar. Ümumiyyətlə, bizim serialda qəhrəmanlarınsayı çox olduğundan, çəkilişlərdə də xeyli aktyor iştirak edir. Birməqamı da qeyd edim ki, adətən bizdə bir seriyanı bir həftəyə çəkirlərvə sonra növbəti seriyanın çəkilişlərinə başlanılır. Amma biz burdada dadəyişiklik etdik və birinci olduq. Biz xarici təcrübəni əsas götürərək,eyni vaxtda bir neçə seriyanı çəkirik. Bu, vaxt baxımdan da, madditərəfdən də sərfəlidir. Əlbəttə, bu zaman ən ağır yük aktyorlarınüzərinə düşür. Çünki onlar bir neçə saat ərzində fərqli zamanlarınovqatına düşməli olurlar. Təcrübəli aktyorlar üçün bu çətin deyil, ammacavanlarla bağlı bəzən çətinliklər yaranır.- Prodakşn olaraq, gələcəkdə də teleserial çəkməyi düşünürsüzmü?- Bunun üçün bizdə potensial var. Ötən il Azərbaycanda seriallarçəkilməyə başlayanda biz bir çox layihələrə texniki dəstək verdik. Birçox seriallar bizim texniki baza əsasında çəkildi. Bu müddət ərzində bizprosesi izlədik və qərara gəldik ki, öz serialımızı çəkək. Yəni, bubizim teleserial sahəsində ilk istehsal işimizdir. Sonrası bu layihəninnecə qəbul ediləcəyindən asılıdır. Sistemi qurandan sonra iki-üçteleserialı eyni vaxtda da çəkmək olar. Amma hələlik bu ilki telemövsümüçün başqa bir layihə  planlaşdırmırıq.- Son bir-iki ildə Azərbaycanda teleserial bumu müşahidə olunur. Onların keyfiyyəti barədə nə düşünürsünüz?- Açığı, bu ilki serialları o qədər də izləməmişəm. Amma ötən ilkilərbarədə bir şeyi deyə bilərəm: arzuolunan nəticəni görmədik. Bu isənormaldı. Çünki teleserial çəkilişi Azərbaycan üçün yeni sahədir. Hələki bizdə çəkməyi öyrənirlər.Rəbiqə NazimqızıANN.Az<iframe width="420" height="315" frame="//www.youtube-nocookie.com/embed/V4jGO6_i1kw"></iframe>
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM