Pərviz Şahbazova yeni müavin təyin olunub

18:19 | 08.04.2024
Pərviz Şahbazova yeni müavin təyin olunub

Pərviz Şahbazova yeni müavin təyin olunub

Energetika naziri Pərviz Şahbazova yeni müavin təyin olunub.

Nazirlikdən verilən məlumata görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Orxan Namiq oğlu Zeynalov nazir müavini vəzifəsinə təyin edilib.

1982-ci il təvəllüdlü Orxan Zeynalov 2002 və 2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2003-2004-cü illərdə Pakistan Xarici Xidmət Akademiyasında xüsusi diplomatik təhsil, 2015-ci ildə isə Harvard Kennedi Məktəbində əlavə təhsil alıb. 2003-cü ildən etibarən Xarici İşlər Nazirliyində müxtəlif vəzifələri yerinə yetirmiş Orxan Zeynalov 2020-2022-ci illərdə Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, 2022-2024-cü illərdə isə Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsində çalışıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti