• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Peşə hazırlığına cəlb olunan şəxslərə minimum əməkhaqqının 50% məbləğində təqaüd veriləcək

Peşə hazırlığına cəlb olunan şəxslərə minimum əməkhaqqının 50% məbləğində təqaüd veriləcək
03.06.2024 11:06
Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə minimum əməkhaqqının 50 faizi məbləğində təqaüd veriləcək.

Bununla bağlı məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə edilən "Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.


Sənədin qeyd hissəsində bildirilir ki, peşə hazırlığına cəlb olunmuş şəxslərə təqaüd məbləğinin minimum əməkhaqqının 50 faizi məbləğində müəyyən olunması ilə bağlı 29-cu maddəyə dəyişiklik edilməsi nəzərdə tutulur. Belə ki, ölkə üzrə minimum aylıq əməkhaqqının hər il artırılması qeyd olunan təqaüd məbləğinin də artmasına gətirib çıxarır. Bu isə sui-istifadə halları yaradaraq, işlə təmin edilmə imkanları olan şəxslərin ehtiyac olmadığı halda peşə hazırlığına üstünlük vermələri ilə nəticələnməklə, peşə hazırlığına həqiqətən ehtiyacı olan şəxslərin bu imkandan istifadə etmələrinə əngəl yaradır.


Bununla yanaşı, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024‒2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nda işğaldan azad edilmiş ərazilərdə məskunlaşan 12 min nəfərin 2026-cı ilədək peşə hazırlığına cəlb edilməsi nəzərdə tutulub.


Qeyd edək ki, hazırda peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zaqatalada yol qəzası baş verib, ölən var
Cəmiyyət 14:26
Zaqatalada yol qəzası baş verib, ölən var
Türkiyəyə qar yağıb - Video
Cəmiyyət 13:46
Türkiyəyə qar yağıb - Video
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:57
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Bakı-Xankəndi-Laçın istiqamətində növbəti avtobus reysi istifadəyə veriləcək
Cəmiyyət 11:59
Bakı-Xankəndi-Laçın istiqamətində növbəti avtobus reysi istifadəyə veriləcək
Oğuzun iki kəndində qaz kəsiləcək
Cəmiyyət 11:00
Oğuzun iki kəndində qaz kəsiləcək
Sabirabadda 19 yaşlı oğlan Kür çayında boğulub
Cəmiyyət 09:49
Sabirabadda 19 yaşlı oğlan Kür çayında boğulub
Bu gün Aşuradır
Cəmiyyət 08:56
Bu gün Aşuradır
Cəlilabadda avtomobil aşıb, xəsarət alanlar var
Cəmiyyət 20:52
Cəlilabadda avtomobil aşıb, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol