Peşə Təhsili üzrə Dövlət Agentliyi vakant yerlərə müsabiqə elan edib

17:58 | 19.07.2024
Peşə Təhsili üzrə Dövlət Agentliyi vakant yerlərə müsabiqə elan edib

Peşə Təhsili üzrə Dövlət Agentliyi vakant yerlərə müsabiqə elan edib

Peşə təhsili müəssisələrində xüsusi fənlər üzrə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu həyata keçiriləcək. Bununla bağlı bu gün Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov mətbuat konfransında bildirib. 

Ceyhun Kərəmov bildirib ki,  müsabiqə çərçivəsində 2024/2025-ci tədris ili üçün Bakı  və regionlarda yerləşən peşə təhsili müəssisələrində 551 vakant ixtisas fənləri üzrə müəllim vəzifəsi, 574 vakant istehsalat təlimi ustası, 82 ali texniki peşə təhsili səviyyəsi üzrə vakant yer elan olunub və bununla bağlı  elan edilməsi gözlənilir.

Kərəmov vurğulayıb ki, keyfiyyətli tədris üçün müəllimlərin yüksək biliyə malik olması vacibdir. Ona görə də peşə təhsili sisteminə daha rəqabət qabiliyyətli və ixtisaslı kadrların cəlb edilməsi məqsədilə işə qəbul mexanizmləri ildən-ilə təkmilləşdirilir.

Bu ildən etibarən Naxçıvanda yerləşən peşə təhsili müəssisələrində işə qəbul prosesi də ilk dəfə olaraq mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçiriləcək.

Ppeşə təhsili müəssisələrində xüsusi fənlər müəllimi və istehsalat təlimi magistri kimi işləmək istəyən şəxslər iyulun 22-dən 29-dək https://portal.edu.az elektron portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Namizədlərin avqustun 8-ə qədər vakant vəzifə seçmək imkanı var.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM