"Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın görüşmək istəməsi barədə Rusiya prezidenti Vladimir Putinə məruzə olunub”.
APA-nın Moksva müxbirinin məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi Rusiyanın "Su-34” təyyarəsinin yanvarın 29-da ölkə sərhədini pozduğunu bəyan edib. Bundan sonra prezident Ərdoğan Rusiya prezidenti Putinlə görüşmək istədiyini söyləyib.
Rusiya Müdafiə Nazirliyi isə Türkiyə XİN-in bəyanatını təkzib edərək Rusiya təyyarəsinin sərhədi pozmadığını bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !