Rusiya Prezidentinin sözçüsü Peskov ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbinin İranın Rusiyaya ballistik raketlər ötürmək imkanını nəzərdən keçirməsi ilə bağlı bəyanatını şərh etməkdən imtina edib. Bu barədə Rusiya mətbuatı yazıb.
"Düşünürəm ki, biz bunu şərh etməməliyik”, - o əlavə edib.
O vurğulayıb ki, Rusiya İranla əlaqələri həm də hərbi -texniki sahədə inkişaf etdirir.
Daha əvvəl bildirilmişdi ki, logistika problemləri Rusiyanın İranla ticarətini çətinləşdirir.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !