Peskov: “Kiyev Donbasla birbaşa dialoqa getməlidir”

20:52 | 23.09.2015
Peskov: “Kiyev Donbasla birbaşa dialoqa getməlidir”

Peskov: “Kiyev Donbasla birbaşa dialoqa getməlidir”

"Kreml Ukraynada siyasi islahatlar məsələlərinin Donbasla Kiyev arasındakı birbaşa dialoq vasitəsi ilə həllini vacib sayır”.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya, Avropa İttifaqı və ATƏT kimi üçüncü tərəflərin təsiri problemin həllinə xidmət etməyəcək: "Əsas məqsəd siyasi islahatlar məsələsinin Kiyev və Donbas arasındakı birbaşa dialoq vasitəsilə həllinə nail olmaqdır. Əks təqdirdə razılaşma əldə etmək mümkün olmayacaq”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM