Peskov: "Münasibətlərimiz Baydendən asılıdır”

15:12 | 21.01.2021
Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın 46-cı Prezidenti Co Baydenin andiçməsindən sonra iki ölkə arasındakı münasibətlər barədə danışıb.


O bildirib ki, bu, heç nəyi dəyişdirməyəcək:


"Baydenin prezident kimi vəzifəsinin icrasına başlaması Rusiya baxımından heç nəyi dəyişdirməyəcək. Rusiya, illərdir olduğu kimi, ABŞ-la yaxşı münasibətlər axtarışında olmağa davam edəcək. Rusiyanın addımları yönündə Vaşinqtondan gələn bir siyasi iradə olub-olmayacağı tamamilə Bayden və komandasından asılıdır”.


Qeyd edək ki, Co Bayden yanvarın 20-də and içərək, vəzifə səlahiyyətlərinin icrasına başlayıb. O, artıq bir sıra həmkarlarından təbriklər alıb.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM