Heykəltəraş Boris Petrovdur.
Rusiya imperiyasının general-adyutantı Hüseyn xan Naxçıvanskinin abidəsi Petroqrad tərəfindən Malaya Posadskaya və Miçurin küçələrinin kəsişməsində qoyulacaq. Layihə ümumiyyətlə, şəhər şurasının bədii seksiyası tərəfindən qəbul edilib.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, layihədə sərkərdənin qranit postamentdə 2,5 metr hündürlükdə bürünc fiqurunun qoyulmasının, eləcə də bütün sahədə qranit örtük, ağaclar və oturacaqların qoyulması nəzərdə tutulur. Heykəltəraş Boris Petrov, memar Gennadi Peyçevdir.
Azərbaycan diasporasının üzvü Alik Mövsümov izah edib ki, Azərbaycan abidənin ucaldılmasına vəsait ayırmağa hazırdır. Abidənin ucaldılmasına 15-16 milyon rubl, sahənin rekonstruksiyasına isə 7-8 milyon rubl vəsait lazımdır. Abidənin hazırlanmasına bir ilə yaxın vaxt lazımdır.
Hüseyn xan Naxçıvanski Rusiya-Yaponiya və Birinci dünya müharibəsi döyüşlərində iştirak edib, kavaleriya hissələrinin komandanı olub. Döyüşlərdə göstərdiyi şücaətə görə 15 Rusiya və 9 xarici dövlət mükafatına layiq görülüb. Birinci dünya müharibəsindən öncə general Peterburq hərbi əyalətində xidmət edib. Hüseyn xan Naxçıvanski 1918-ci ildə Petroqrad FK-nin qərarı ilə həbs edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !