Petkim sənaye yarımadasının bir günü - VİDEO

10:58 | 02.09.2015
Petkim sənaye yarımadasının bir günü - VİDEO

Petkim sənaye yarımadasının bir günü - VİDEO

Türkiyənin əsas özəl enerji şirkətlərindən biri olan "Petkim Holding"i özəlləşdirən SOCAR 2008-ci ildən bu ölkədə fəaliyyətə başlayıb. Ötən müddət ərzində  holdinq tərkibində bir çox şirkət və müəssisələr yaradılmaqla "Petkim" Egey dənizi sahilində iri sənaye yarımadasına çevrilib. Bura "Star" neft emalı zavodu, "Petlim" konteyner limanı daxildir. 

"SOCAR Turkey" şirkəti "Star" neft emalı zavodu fəaliyyətə başlayandan sonra ilk beş il ərzində - 2023-cü ilədək ixracın həcmini 5 mlrd. ABŞ dollarına çatdırmağı planlaşdırır. 2018-ci ildə şirkətin ixracının 3 mlrd. dollar olacağı proqnozlaşdırılır.

2018-ci ildə 15 mlrd. dollar ümumi dövriyyə hədəfləyən şirkət 2023-cü ildə bu rəqəmi 2 dəfə artıraraq 30 mlrd. dollara çatdırmağı hədəfləyib. Türkiyənin ən böyük sənaye şirkəti olmağı hədəfləyən "SOCAR Turkey" işçilərinin sayını da iki dəfə artıracaq və 10 min nəfərə çatdıracaq.

Oxuculara təqdim olunan video-süjetdə "Petkim Holding"ə daxil "Star" neft emalı zavodu və "Petlim" konteyner limanı əks olunub. Videoya baxmaqla Azərbaycanın Türkiyə sənayesinə bəxş etdiyi böyük töhfənin nədən ibarət olduğunu görə biləcəksiniz.
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM