Petrosyanın müşaviri: "Qarabağ Azərbaycanın xeyrinə həll ediləcək"

18:20 | 17.05.2014
Petrosyanın müşaviri: "Qarabağ Azərbaycanın xeyrinə həll ediləcək"

Petrosyanın müşaviri: "Qarabağ Azərbaycanın xeyrinə həll ediləcək"

“Əgər Bakı ilə Yerevan Qarabağla bağlı müəyyən razılığa gələ bilməsələr, çox güman ki, problemi Rusiya həll edəcək, özü də Azərbaycanın xeyirinə”.Erməni tarixçisi, professor, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 1991-1997-ci illərdə məsləhətçisi, xüsusi təyinatlı səfir Jirayr Liparityan erməni mətbuatına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədrlərinin həyata keçirdiyi tədbirləri şərh edib.AzVision.az-ın erməni mətbuatına istinadla verdiyi xəbərə görə, Liparityan ATƏT-in Amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bağlı ölkəsi adından təqdim etdiyi “6 təklif”i qınayıb. Onun fikrincə, bu təkliflər yenilənmiş “Madrid prinsipləri”ndən savayı bir şey deyil.“Uorlik əvvəlcə bu təklifləri bütün həmsədrlərin adından deyil, ABŞ hökumətinin rəsmi mövqeyi kimi təqdim etdi. Sonra Azərbaycan və Ermənistanın sözügedən təkliflərə razı olduğunu qeyd etdi. Bilmirəm ABŞ bu təkliflərin mətnini hazırlayanda hansı məqamı əsas götürüb, ancaq bilirəm ki, onun içərisində Madrid prinsiplərindən tutmuş bir neçə variant olub. Mən bu sənədi və ya sənədləri görməmişəm. O sadəcə bəndlər təqdim edib. Uorlik Amerikanın sənədiinin 6 maddədən ibarət olduğunu iddia etsə də, hələ bilmirik, başqa maddələr var, ya yox. Əvvəlki variantlarda Qarabağın statusunun müəyyənləşdirilməsi üçün referendum keçirilməsi təklif olunurdu, burada heç o da xatırlanmır”.Xatırladaq ki, 2006-cı ildə ATƏT-in Minsk qrupu gələcəkdə Dağlıq Qarabağın statusunun müəyyən olunması üçün referendum keçirilməsini təklif etmiş və ona razılıq verilməsini erməni qoşunlarının Azərbaycanın hazırda işğal edilmiş torpaqlarından çıxarılması ilə əlaqələndirmişdi.Erməni tarixçi, Ceyms Uorlikin 6 bəndlik təklifinin 1997-ci ilin sənədi ilə də müqayisə edib və həmin sənədə nisbətən Ermənistan üçün qat-qat əlverişsiz olduğunu diqqətə çatdırıb. O, iddia edir ki, 1997-ci il sənədinə əsasən Laçın tamamilə ermənilərə qalırdı:“Laçın istisna olmaqla, qalan ərazilər tərksilah edilməli idi. Yəni, qaçqınlar qayıda bilərdilər, amma ərazidə nə Azərbaycan ordusu, nə də ağır zirehli texnikası olacaqdı. Yalnız asayişi qoruyan polislərə icazə verilirdi. Bölgədə sülhməramlılardan başqa müşahidəçilər olmalı idi. Mən həmçinin qeyd etmişəm ki, Laçında sülhməramlıların olması onun həm də Rusiyaya verilməsi deməkdir. Uorlikin bəyanatında isə bunlar yoxdur. Bundan başqa 1997-ci il sənədində yeni aralıq status söhbəti yox idi. Yəni, Dağlıq Qarabağın və Laçının o zamankı statusu yekun statusun danışıqlarla müəyyən edilməsinədək dəyişməz olaraq Ermənistanın nəzarəti altında qalırdı.1997-ci il sənədinin sonda Ermənistan tərəfindən onsuz da rədd edildiyini deyən tarixçi professor qeyd edib ki, Levon Ter-Petrosyan gələcək danışıqlar üçün onu əsas kimi qəbul etmək istəyirdi: “Hesab etmək olar ki, 1997-ci il sənədinin şərtləri indi təklif olunan prinsiplərlə müqayisədə bizim üçün daha əlverişli idi. Dəxli yoxdur, bu gün biz həmin sənədi qəbul edərdik, ya yox, yenə də deməliyəm ki, hazırki sənəd daha qəbulolunmazdır”.Qeyd edək ki, 16 il öncə o zamankı Ermənistan prezidenti Levon Ter Petrosyan Dağlıq Qarabağa bitişik rayonların Azərbayacana qaytarılmasını nəzərdə tutan 1997-ci il sənədini dəstəklədiyinə görə, istefa ərizəsi yazmağa məcbur edildi. Xatırlatma üçün nəzərinizə çatdıraq ki, 1997-ci il sentyabrın 20-24-də ATƏT-in Minsk qrupundan olan vasitəçilər münaqişənin sülh yolu ilə həllinə dair yeni plan təqdim etmişdilər. Həmin planda göstərilirdi ki, “Dağlıq Qarabağ Azərbaycanın tərkibində dövlət qurumu və ərazi qurumudur”.J. Liparityanın fikrincə, Uorlikin bəyanatı təkcə bir təşəbbüs deyil, həm də faktiki olaraq xatırlatmadır. Bununla yanaşı ABŞ, məsələnin həlinə biganə olmadığını və ya sadəcə aktivlik nümayiş etdirmək istəyir. J.Liparityan hesab edir ki, münaqişə birbaşa danışıqlar vasitəsilə həll edilməzsə, bunu başqası edəcək. O, bu “başqa”nın Rusiya olduğunu güman edir və Moskvanın problemi Azərbaycanın xeyrinə həll edəcəyini deyir. O ki qaldı bölgədə sülhməramlıların yerləşməsi məsələsinə, Liparityan, bu məsələdə də Rusiyanın önə çıxacağını vurğulayıb: “Təsəvvür edirəm, əgər hər hansı bir dəyişiklik olarsa, sülhməramlılar bölgəyə girəcək. Vaxt var idi deyirdilər ki, 3 vasitəçi ölkədən biri qatılmayacaq, amma mən buna inanmıram. Amerika ilə Fransa gəlməyəcək, ancaq Rusiya mütləq gələcək. Bilmirəm hansı ölkə hərbiçilərini göndərəcək, ancaq həmin hərbiçilərin arasında Rusiyanınkılar çoxluq təşkil edəcək.Əgər biz problemi birbaşa danışıqlar yolu ilə həll etməsək, bunu bizim yerimizə başqaları edəcək və çox güman ki bu Rusiya olacaq. Rusiya isə hər zaman hər şeyi Azərbaycanın xeyrinə həll edib.Problemi sonda biz həll etməliyik. Bu bizim problemimizdir, ya başqalarının? Niyə biz istəyirik ki, problemi başqaları həll etsin? Mən bu sözləri Bakıda da söylədim. Elə bil ki, bu ya Rusiyanın ya da Amerikanın problemidir. Yenə deyirəm, əgər bu problemi Rusiya həll etmiş olarsa, o əslində öz problemini həll etmiş olacaq, Ermənistanın yox”.1997-ci ildən bu günədək Ermənistanın hansı yolu keçdiyini, hazırda hansı durumda olduğunu və 10 ildən sonra nələrlə qarşılacağını şərh edən Lipartiyan, 20 illik atəşkəsi Ermənistan və Qarabağ üçün itirilmiş illər kimi xarakterizə edib: “Mənim üçün 1997-ci ildən sonra bütün illər itirilib. Guya irəli getmişik, amma əslində ölkə uduzur. Ölkən iqtisadiyyatı gündən-günə geriləyir, ordunun vəziyyəti haqqında isə heç danışmaq istəmirəm.Erməni tarixçi, ölkəsinin gələcəyini qonşularla problemlərin həllində görürür.“Biz bir əsas suala cavab verməliyik: Gələcəyimiz naminə qonşularımızla problemlərin həlli bizə lazımdırmı? Əgər lazımdırsa, deməli bunun üçün səy göstərməliyik. Biz elə hərəkət edirik ki, sanki regionda qonağıq və vasitəçilərin bizə qəhvə gətirəcəyini gözləyirik. Sonra deyirik bu qəhvə çox acıdır, o biri çox şirindir...Bilmirəm niyə belə edirik... Münaqişə həllini tapmadıqca ölkəmiz daha da zəifləyəcək, iqtisadiyyat dağıdılacaq, vergi bazası məhv ediləcək. Bu gün cavanlarımız qazanc dalınca xarici ölkələrə üz tutur. Buna görə isə ordu zərər çəkəcək. Ermənistan bir neçə səviyyədə böhran içərisindədir. Sanki biz kor olmuşuq, haradan gəlib hara gedəcəyimizi bilmirik”, - deyə sabiq prezident məsləhətçisi təəssüf hissi ilə bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM