“Peyvənd edilənlər arasında ağır xəstələr var” - Həkimdən XƏBƏRDARLIQ

10:30 | 26.03.2021
“Peyvənd edilənlər arasında ağır xəstələr var” - Həkimdən XƏBƏRDARLIQ

“Peyvənd edilənlər arasında ağır xəstələr var” - Həkimdən XƏBƏRDARLIQ

Azərbaycanda peyvənd edilənlər arasında yeni ştama yoluxub, xəstəliyi ağır keçirənlər var, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev öz Facebook hesabında yazıb.


"COVİD-lə bağlı vəziyyət bu dəfə daha ciddidir. Peyvənd edilənlər arasında da yeni ştama yoluxub ağır keçirənlər var. Yoluxma sayı günbə-gün artır. Mən sərt karantinin əleyhinəyəm. Amma yoluxma sayı biraz da artsa sərt karantin qaçılmaz olacaq. Sərt karantin istəmiriksə qorunmalıyıq. Yoluxma sayı azalana qədər qonaqlıqlardan, ad günlərində və digər tədbirlərdə toplaşmaqdan çəkinək", - deyə Aydın Əliyev bildirib. 


Onun sözlərinə görə, hazırda virus daha sürətlə yayılır, məlum müalicələrə demək olar ki, tabe olmur, ağ ciyərləri daha çox zədələyir, sürətlə ağırlaşma verə bilir, ağırlaşma və ölüm hallarının ehtimalı daha çoxdur.


Martın 25-ə Azərbaycanda 250,921 nəfər koronavirusa yoluxub, 3,421 nəfər ölüb, 234,382 nəfər sağalıb, 2,807,861 nəfər test edilib. 


Ölkədə koronavirus infeksiyasına qarşı 502,174 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikanın bütün rayonlarında həyata keçirilir. Azərbaycanda əhaliyə hələlik ancaq Çin istehsalı olan CoronaVac vaksini vurulur.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM