Peyvənd uşaqlarda yayılan viruslarla mübarizədə ən effektiv üsuldur- Nazirlik

17:22 | 25.01.2023
Peyvənd uşaqlarda yayılan viruslarla mübarizədə ən effektiv üsuldur- Nazirlik

Peyvənd uşaqlarda yayılan viruslarla mübarizədə ən effektiv üsuldur- Nazirlik

Uşaqlarda yaşlarına uyğun peyvəndləmələrin aparılması qripə qarşı mübarizədə ən effektiv üsuldur. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib.
 
Ekspert bildirib ki, qrip hallarının qarşısının alınması üçün sonrakı addım valideynlərin uşaqların geyiminə, onların çox qalın və ya nazik geyinməsinə diqqət etməsi lazımdır. Bundan əlavə atılmalı olan profilaktik addımlara əllərin tez-tez yuyulması, maskadan istifadə, otaqda havanın dəyişdirilməsi daxildir.
 
Uşaqlarda peyvəndləmə prosesi 6 aydan sonra həyata keçirilir.
 
Peyvəndlər immun sistemimizi qıcıqlandırararaq yoluxucu xəstəliklərə qarşı qorunma rolunu oynayan biolojik məhsullardır. Peyvəndlərin təsiri, ölü, zəiflədilmiş mikroblara və ya onun bəzi hissələrinə qarşı orqanizmdə immun qoruyuculuq yaratmaqla ortaya çıxır. Orqanizmdə peyvəndlərin antigeninə uyğun antitellər hazırlanır  və  immunitet yaranır. Beləliklə, orqanizm xəstəliklə mübarizə aparararaq nəticədə qalıcı və ya uzun müddətli immun cavab formalaşmış olur.  Əgər şəxs doğurdanda peyvənd olunduğu yoluxucu xəstəliklərlə qarşılaşırsa artıq onun orqanizmində antitellər mövcuddur və orqanizm bu yoluxucu xəstəliyə qarşı mübarizə aparmaq qabiliyyətinə malikdir.
 
Lida Abbaslı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb