Peyvənddən sonra yenidən yoluxma ehtimalı ilə bağlı TƏBİB-dən açıqlama

09:59 | 10.02.2021
Peyvənddən sonra yenidən yoluxma ehtimalı ilə bağlı TƏBİB-dən açıqlama

Peyvənddən sonra yenidən yoluxma ehtimalı ilə bağlı TƏBİB-dən açıqlama

Koronavirus əleyhinə peyvənd virusdan tam qoruyurmu? Peyvənd olunan şəxs virusa yenidən yoluxa və başqalarını yoluxdura bilərmi?

TƏBİB feysbuk səhifəsində bu suallara aydınlıq gətirib.

Bildirilir ki, peyvəndin ikinci dozası vurulduqdan 2 həftə sonra peyvənd öz təsirini göstərməyə başlayır və qanda anticisimləri təyin etmək mümkün olur. Lakin bu fakt hər kəsin immun sisteminə görə dəyişə bilər.

"Müxtəlif peyvəndlər üzərində aparılan tədqiqatların nəticələri fərqlidir. Türkiyədə aparılan tədqiqatlar "CoronaVac” vaksininin effektivlik dərəcəsini 92 faiz qiymətləndirir. Braziliyada aparılan tədqiqatlar vaksinin xəstəliyi ağır və orta ağır hallardan 100 faiz qorumasını təsdiq edib”, - deyə açıqlamada qeyd olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb