Peyvəndləmə uşaq ölümlərinin və əlilliklərinin qarşısını alır- EKSPERT

15:56 | 07.12.2022
Peyvəndləmə uşaq ölümlərinin və əlilliklərinin qarşısını alır- EKSPERT

Peyvəndləmə uşaq ölümlərinin və əlilliklərinin qarşısını alır- EKSPERT

Peyvəndləmə prosesi minlərlə uşaq ölümünün və əlilliyinin qarşısını alır. Bunu Səhiyyə Nazirliyi Milli Peyvənd təqviminin vacibliyi ilə bağlı rəsmi instagram səhifəsinin canlı yayımında Səhiyyə Nazirliyinin eksperti, pediatr Nigar Bayramova deyib.

"Yeni doğulma aylarından 6 yaşa qədər vaksinasiya prosesi həyata keçirilir. İlk növbədə yeni doğulma aylarında vərəm və Hepatit B əleyhinə vaksinasiya keçirilir. Südəmər aylarda-4, 6, 12-ci aylarda difteriya, göy öskürək , fetanus, b tip hemofil infeksiya, Hepatit B və poliemelit əleyhinə peyvəndləmə prosesi olur. 12 ayından sonra qızılca  və məxmərə əleyhinə, 6 cı ildən sonra yenidən  məxmərə və qızılca, difteriya əleyhinə  vaksinasiya keçirilir”, - ekspert bildirib.

Nigar Bayramovanın sözlərinə görə, hazırda Azərbaycanda 16 xəstəliyə qarşı  peyvənd var və onlardan ən  əsasları Milli Peyvənd Təqviminə görə müntəzəm planlanır.
 
Lida Abbaslı 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb