İran hələ də HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə necə cavab verəcəyini düşünür. Bu barədə CNN xəbər verir.
Eyni zamanda Beynəlxalq telekanal məlumatlı mənbələrə istinadən xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xameneidən İsrailə hücum etməkdən çəkinməyi xahiş edib.
"Prezident Pezeşkian Xamneyi ilə bu yaxınlarda keçirdiyi görüşdə 85 yaşlı Xamneyini gərginliyin arzuolunmaz müharibəyə çevrilməməsi üçün İranın İsrailə hər hansı birbaşa hücumunun qarşısını almağa çağırıb”, - İran İnternational bildirib.
Yeni prezident xəbərdarlıq edib ki, İsrailin cavab hücumu İranın iqtisadiyyatına, infrastrukturuna ziyan vura və hətta ölkənin dağılmasına səbəb ola bilər.
Mənbələr bildiriblər ki, güclü xəbərdarlıqlara baxmayaraq, Xamneyi görüş zamanı Pezeşkianın narahatlığını nə dəstəkləyib, nə də ona qarşı çıxıb.
CNN-in məlumatına görə, Vaşinqtonun İsrailə qarşı böyük hücumdan əvvəl Tehranın görməyi gözlədiyi hazırlıqların hamısını olmasa da, bəzilərini görüb.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !