Pezeşkianın BRICS sammitində iştirakı təsdiqlənib

14:41 | 15.09.2024
Pezeşkianın BRICS sammitində iştirakı təsdiqlənib

Pezeşkianın BRICS sammitində iştirakı təsdiqlənib

İran Prezidenti Məsud Pezeşkian Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcək.Bu barədə məlumatı BRICS Media Sammitində Rusiyadakı səfir Kazım Cəlali təsdiqləyib.

"İran İslam Respublikasının Prezidenti hörmətli cənab Pezeşkian Kazanda keçiriləcək sammitdə iştirak edəcək”, – o, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun İran liderinin sammitdə iştirakının diplomatik kanallarla təsdiqlənməsini gözlədikləri barədə sözlərinə şərh verərkən bildirib.

BRİCS sammiti bu il oktyabrın 22-24-də Kazanda keçiriləcək.

Hazırda BRİCS-in doqquz üzvü var - Braziliya, Hindistan, Çin, Rusiya, Cənubi Afrika, BƏƏ, İran, Misir və Efiopiya.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM