“Pfizer” peyvəndinin yeni yan təsirləri aşkar edilib: Bir pasiyent öldü

20:30 | 15.01.2021
“Pfizer” peyvəndinin yeni yan təsirləri aşkar edilib: Bir pasiyent öldü

“Pfizer” peyvəndinin yeni yan təsirləri aşkar edilib: Bir pasiyent öldü

Fransada "Pfizer/BioNTech” peyvəndinin yeni yan təsirləri aşkar edilib.

"RİA Novosti” bu barədə Fransanın Dərman və Sağlamlıq Məhsullarının Təhlükəsizliyi üzrə Milli Agentliyinə (MSNA) istinadən məlumat verib.

Bildirilir ki, dörd xəstədə dərmana allergik reaksiya yaranıb, iki nəfərdə taxikardiya qeydə alınıb.

Fransa hökuməti peyvənddən iki saat sonra bir xəstənin öldüyü barədə məlumat alıb.

Buna baxmayaraq onun ölümü ilə peyvənd arasında birbaşa əlaqə aşkarlanmayıb.

Bundan əvvəl Almaniyada koronavirus əleyhinə peyvənd edildikdən sonra azı 10 nəfərin öldüyü bildirilmişdi. Ölüm faktları ilə əlaqədar Paul Ehrlix İnstitutunun mütəxəssisləri yoxlamaya başlayıblar. Onlar ağır xəstələrin peyvənd olunduqdan sonra dörd gün ərzində öldüklərini vurğulayıblar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM