PFL-in yeni prezidenti: Kadr təyinatları mütləq olacaq

09:38 | 30.07.2022
PFL-in yeni prezidenti: Kadr təyinatları mütləq olacaq

PFL-in yeni prezidenti: Kadr təyinatları mütləq olacaq

Hazırkı strukturu öyrənməyə bir neçə gün vaxt lazımdır, daha sonra qərarlar vermək olar. Yeni kadr təyinatları isə mütləq olacaq. Bunu "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) yeni prezidenti seçilən Elxan Səmədov deyib.

48 yaşlı funksioner PFL prezidenti seçildiyi üçün AFFA və klub rəhbərlərinə təşəkkür etdiyini bildirib.
"Bu vəzifəni mənə etibar etdikləri üçün onlara minnətdaram. Mənim üçün gözlənilməz təklif oldu. Rəhbərlik tərəfindən qarşımıza qoyulan birinci məqsəd yarışların tam şəffaf keçirilməsidir", - o deyib.

Elxan Səmədov Azərbaycan Premyer Liqasının yeni mövsümü üçün sponsorla danışıqların davam etdiyini də xatırladıb.
 
"Böyük ehtimalla, qarşıdakı mövsüm sponsorla keçiriləcək. Hazırda danışıqlar aparılır. Yaxın günlərdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək", - o əlavə edib.
 
PFL-in əvvəlki prezidenti Ramin Musayev səhhəti ilə əlaqədar vəzifəsindən ayrılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti