Pilotun ölümü övladlarından GİZLƏDİLİR - Rəşad Atakişiyevin qardaşı DANIŞDI

21:50 | 20.08.2019
Pilotun ölümü övladlarından GİZLƏDİLİR - Rəşad Atakişiyevin qardaşı DANIŞDI

Pilotun ölümü övladlarından GİZLƏDİLİR - Rəşad Atakişiyevin qardaşı DANIŞDI

"Uşaqlara baş verənlər hələ bildirilmir”.
Bu sözləri Redaktor.az-a açıqlamasında mərhum pilot Rəşad Atakişiyevin qardaşı Nicat Atakişiyev deyib.
O qeyd edib ki, Rəşad Atakişiyev sabah saat 10:00-da 2-ci Fəxri Xiyabanda hərbi mərasimlə dəfn ediləcək:
N. Atakişiyev qəzanın necə baş verməsi ilə maraqlanmadıqlarını da vurğulayıb:
"Bizə qardaşımız lazımdır, hadisənin necə baş verməsi deyil. Ona görə də heç o haqda maraqlanmamışıq. Xahiş edirik, baş verən bu hadisə siyasiləşdirilməsin. Qanayan yaramıza duz səpilməsin”.
Qeyd edək ki, 24.07.2019-cu il, axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin bu gün nəşi tapılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb