Pişikləri və itləri də Allah yaradıb - KÖŞƏ

11:22 | 20.02.2014
Pişikləri və itləri də Allah yaradıb - KÖŞƏ

Pişikləri və itləri də Allah yaradıb - KÖŞƏ

L. QasımovaAlman filosofu Artur Şopenhauer deyib: “Heyvanlara mərhəmətlə yanaşmaq xeyirxahlıqla sıx bağlıdır. Odur əminliklə demək mümkündür ki, heyvanlarla sərt davranan şəxs rəhmdil ola bilməz”. Bu günlərdə baş verən hadisədir: Fransada pişik balasını ələ salan insan ittiham olunub. Heyvanla qəddar rəftar etdiyinə görə, həmin şəxs cinayət məsuliyyətinə cəlb edilib.Dünyanın müxtəlif guşələrində yaşayan xeyli insan var ki, heyvanlara əzab verən, onları öldürməyi özünə rəva görən şəxslərin cəzalandırılmasını dəstəkləyirlər.Heyvanların özləri heç vaxt insanlara hücum etmirlər. Əksinə, görüş vaxtı onlar insanlarla münaqişədən qaçmağa çalışırlar.Dostoyevski deyirdi ki, "Heyvan heç vaxt insan kimi qəddar ola bilməz..."Amma bəzi adamlar, küçədə pişik və ya it görüb, necəsə ona toxunmağa çalışırlar. Bəs niyə həmin heyvanın yanından sadəcə keçmirlər?Pişik başının kəsilməsi, istənilən heyvanın dərisinin soyulması, yaxud ölmüş canlının ağzının aralanıb ətrafdakı adamların gülməsi … Belə kadrlar yadınıza düşdümü?Təəssüf ki, belə hadisələrin də canlı şahidi olmuşuq: pişiyi yandırırlar və yazıq heyvan oddan xilas olmaq üçün bütün məhəllə boyu qaçaraq qışqırır. Adamlar isə gülürlər. Yaxud uşaqlar ölü pişiyin gözünü deşir, boğazından asaraq "həkim-xəstə" oynayırlar. Bunlar sizə həbs düşərgələrindəki nasistləri xatırladırmı?Belə davranış anlaşılmazdır. Bununla onlar başqalarına nə göstərmək istəyirlər? Zərif, müdafiəsiz heyvandan güclü olduqlarını göstərmək istəyirlər? Axı o heyvan, hər hansı bir adama yaxınlaşarkən, heç onun tərəfindən öldürülə-döyülə biləcəyini belə düşünmür.Heyvanı qətlə yetirən insan potensial insan qatilidir.Pişik - çox sadəlövh varlıqdır. Əgər siz onu sığallasanız və bir tikə kolbasa versəniz, o, sizə etibar edəcək, minnətdarlıq ifadə edən gözlərini sizə zilləyəcək və bədəniylə sizə sürtünəcək.İtlər təhlükəli ola da bilər, olmaya da. Amma heyvanları öldürməyi arzu edən insanlar cəmiyyət üçün dəqiq təhlükə mənbəyidirlər.Daha dəhşətlisi odur ki, heyvanların qətl üsulları internet forumlarda müzakirə edilir, heyvanlara işgəncə verənlər isə öz "igidliklərindən" danışırlar. Yığılmış aqressiyanı onlar əvvəlcə itlərə boşaldırlar, sonra pişiklərə, göyərçinlərə, sonra isə bomjlara.Belə insanlar xüsusi qəddarlığıyla, təcavüzlə və daşürəkli olmasıyla fərqlənirlər.2014-cü ilin fevralı Azərbaycanda çox soyuq keçdi, əsl qış oldu. Çox soyuq idi, qar yağırdı. Pişiklər və itlər harda gəldi gizlənirdilər. Hətta boran zamanı sərçələr bloklara uçurdular və məhəccərlərdə oturaraq şaxtadan özlərini xilas edirdilər.Amma elə mərdimazarlar tapıldı ki, onları qovmağa başladılar və qartopu atəşinə tutdular.Heç kəs düşünmədi ki, bu evsiz heyvanlar nəylə qidalanacaqlar? Yalnız bir qadın, qar yağımından sonra evin qarşısında kiçik meydançanı təmizlədi və pişiklərə yem qoydu.Əgər insanlar pişiklərə yem vermirsə, onda onlar zibilliyə gedirlər. Əksər insanlar da zibillikdə eşələnən pişikdən iyrənir və ona nifrətlə baxır. Bəzi uşaqlar isə onları daş-qalaq edir, hətta onları zibil konteynerlərindən də qovurlar.Amma onlar əsrlərlə insanlarla birgə yaşadıqlarına görə günahkar deyillər. Onları həmişə siçovulları tutmaq üçün saxlayıblar. İnsanlar pişiklərdən iyrənirlər, amma evlərində siçovullar peyda olduqda, pişiklərdən kömək istəyirlər.Kimsə pişiyi, iti və ya tutuquşunu öpərsə, əksəriyyət bu mənzərə qarşısında üzlərini turşudur. Onlar bir şeydə haqlıdırlar ki, heyvanlar da xəstələnirlər və buna görə də onların öz bakteriyaları var. Amma eyni zamanda insanların da xəstəlikləri var ki, bununla heyvanları yoluxdura bilərlər. Heyvanları insan kimi yox, heyvan olaraq sevmək lazımdır. Nə də olmasa bizim aramızda fərq var.Həmişə sual verirdim ki, "Niyə insanlar axırıncı yola əl atırlar – ya onlar heyvanları xoşlayırlar, ya da heyvanlara nifrət edirlər".Doğrudanmı, insanlarla heyvanlar birlikdə sülh içində yaşaya bilməzlər? Qoy hər kəs istədiyi kimi yaşasın. Axı pişikləri, itləri və ya sərçələri yemləmək o qədər də vacib deyil. Bu, sizin seçiminizdir. Əgər imkanınız varsa, onda yedirdin, əgər yoxdursa, heç kəs buna görə sizi ittiham etməyəcək. Elə həmin pişik, sizdən yemək istədikdə və onu almadıqda, sadəcə geri dönüb, çıxıb gedəcək və ona yemək vermədiyiniz üçün sizi nə söyəcək, nə də lənətləyəcək.Niyə insan başqa bir insana xəsarət yetirikdə, onu cəzalandırırlar, amma heyvanı öldürdükdə, xəsarət yetirdikdə və ya ələ saldıqda ona qarşı heç inzibati tədbirlər görülmür. Hələlik heyvanlara qarşı qəddarlığa görə cinayət məsuliyyəti yoxdur, onda heç olmasa onları pulla cəzalandırmaq lazımdır.Qumboldt deyirdi ki, "Heyvanlara qarşı qəddarlıq insanların həqiqi təhsilli olduğu yerdə və həqiqi təhsilin hökm sürdüyü yerdə ola bilməz".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM