Türkiyədə pişiklərin öldürülməsinin əleyhinə olan etiraz aksiyası keçirilib. ANS PRESS-in məlumatına görə, Türkiyənin Eskişehir bölgəsində universitet tələbəsi M. Can Aksoyun öz pişiyinin qarnını kəsərək ölürməsi və bu hərəkətlərinin videosunu çəkərək sosial mediyada paylaşması bir sıra heyvan haqlarının müdafiəsi təşkilatlarının üzvlərini hərəkətə keçirib. Gəncin bu hərəktlərini qınayan təşkilat nümayəndərləri etiraz aksiyası keçiriblər. Aksiya zamanı onlar belə hərəkət edənlərin əleyhinə olan şüarlar səsləndiriblər və heyvanlara əziyyət verən şəxslərin cəzalarının daha da sərtləşdirlməsini tələb ediblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !