Amerikada "İlin alimi" seçilən Stiv Mas ölümdən qayıdıb. ANS PRESS-in məlumatına görə, az qala pitonun qurbanı olacaqdı.
Belə ki, S.Mas tamaşaçılara göstərmək üçün iri piton tutub. Bu zaman qəflətən ilan onu əlindən çıxmağa çalışıb və burrnundan dişləyib. Çətin vəziyyətdə qalan Masın köməyinə onun köməkçiləri gəlib.
Alimi ilanın ağzından qurtara bilməyən köməkçilər ilanın boğazına xüsusi maddə tökərək onu zərərsizləşdirə biliblər. Nəhəng piton bundan sonra alimin üzünü buraxıb.
Bu qorxunc görüntülər ağla tək bir şey gətirir, ekspert olun və ya olmayın piton ilanından uzaq dayanmaq lazımdır. Çünki bu ilanlar hər zaman ölümcüldür.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !