PKK-dan Türkiyəyə qarşı qorxulu həmlə

14:53 | 17.10.2015
PKK-dan Türkiyəyə qarşı qorxulu həmlə

PKK-dan Türkiyəyə qarşı qorxulu həmlə

Şimali İraqda yerləşən PKK düşərgələrinə qarşı hərbi əməliyyatlara başladığı zaman Türkiyə ilə ABŞ arasında maraqlı dialoq yaşanıb. 

ANS PRESS-in məlumatına görə, əməliyyatlar başladığı zaman Pentaqon rəsmi Ankara ilə təmas quraraq, "Gara” və "Metina” düşərgələrini vurmayın, orda əməkdaşlarımız var – deyib. ABŞ-ın müdafiə rəsmiləri keçiriləcək əməliyyatların vaxtı və kordinatları barədə əvvəlcədən Pentaqona məlumat verilməsini istəyib. Amerikalı rəsmilər, əməkdaşlarının burada PYD (kürdlərin demokratik birlik partiyası) üzvlərinə hərbi təlimlər keçdiklərini bildirib. 

Ankara isə Pentaqonun bu tələbini etirazla qarşılayıb: "Əməkdaşlarınızın kordinatlarını, harada olduqlarını bizə bildirin. Onlara ziyan dəyməməsi üçün əlimizdən gələni edərik. Amma əməliyyat keçiriləcək yerləri əvvəldən deyə bilmərik və əməliyyatlar müəyyən olunan vaxtda keçiriləcək.” – deyə Pentaqona verilən cavabda bildirilib. 

Bundan başqa Türkiyənin kəşfiyyat hesabatlarında, İŞİD-lə PKK arasında insidentlər davam etdiyi vaxtlarda 2 400 PKK terrorçusunun Kobani şəhərinə getdiyi bildirilir. ABŞ-ın PYD-yə havadan göstərdiyi silah və hərbi texnikanın olduğu 50 tonluq yardım bağlamalarının PKK-nın da olduğu həmin ərazilərə endirildiyi bildirilir. 

İŞİD-lə mübarizə aparan PYD-nin döyüşlərdə istifadə etmək üçün ABŞ-dan "Stinger” raket qurğusu istəməsi hazırda Ankaranın müzakirə mövzularından biridir. Bu qurğulardan təyyalərə və helikopterlərə qarşı istifadə olunduğu bildirilir və "İŞİD-in təyyarəsi və helikopteri yoxdur. PYD bu qurğularından güllə belə atmadığı Əsəd qüvvələrinə qarşı, yoxsa "əməkdaşlıq edək” – dediyi rus təyyarələrinə qarşı istifadə edəcək?” – suallarının yaranmasına səbəb olub. Mütəxəssislər hesab edir ki, PYD bu qurğuları Türkiyənin gününü qara etmiş PKK üçün istəyir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM