PKK-nın 3 üzvü zərərsizləşdirilib

15:24 | 22.07.2024
PKK-nın 3 üzvü zərərsizləşdirilib

PKK-nın 3 üzvü zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın Asos bölgəsində PKK terror qruplaşmasının üç üzvü öldürülüb.  Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Suriyanın şimalında Fırat Kalkanı və Zeytun budağı bölgələrində PKK/YPG terror qruplaşmasının 4 üzvü zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyi bildirib ki, terror mənbəyi aradan qaldırılanadək fasiləsiz əməliyyatlarla mübarizə davam edəcək.

Cari ilin iyulun 10-da Türkiyə İraqın şimalındakı Qara bölgəsində keçirdiyi əməliyyat zamanı PKK terror qruplaşmasının üç üzvü öldürülüb.

Son bir il ərzində Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyədə terror təşkilatının 4 mindən çox tərəfdarı saxlanılıb.

2023-cü ilin Yanvarın 1-dən  noyabrına kimi 200 min 898 nəfər Türkiyə sərhədlərindən qanunsuz şəkildə keçməsinin qarşısı alınıb. 13 min 156 qeyri-qanuni mühacir və 410-u FETÖ-çü olmaqla 590 terrorçu hüquq-mühafizə orqanlarına təhvil verilib.
 
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM