Virtualaz.org xəbər verir ki, Gülbey PKK-nın Ermənistan və Gürcüstanla yanaşı Qazaxıstanda da müəyyən çevrələr tərəfindən dəstəkləndiyini deyir.
"Terror təşkilatı PKK Avropadan, İrandan, Suriyadan, İraqın şimalından gələn miltanların keçiş nöqtəsi olaraq Ermənistandan sonra Gürcüstanı da istifadə etməyə başladı. Ermənistandakı düşərgələrini yenidən fəaliyyətə keçirən təşkilat Türkiyə və Avropadan gətirdiyi gənclərin Qazaxıstanın Albay Ata Dövlət Universitetinin xarici dillər fakütləsində təhsil almasını təmin edir. Təşkilat üçün Ermənistan böyük əhəmiyyət daşıyır. PKK-nın Gümrü, Spitak, İrəvan, Laçın və Kəlbəcərdə düşərgələri var. Ermənistanda PKK-ya ən böyük dəstəyi Daşnaksütun partiyası verir”-Gülbey bildirir.
Göksel Gülbey
ASİMDER başqanı deyir ki, Gürcüstanda fəaliyyət göstərən Kürdlərin Haqları və Dini Dərnəyi, Kürd Gənclər Dərnəyi, Kürd Kültür Dərnəyi, Yezidi Kürd Qadınlar Dərnəyi PKK-nın nəzarətindədir. Təşkilatın Gürcüstanda fəaliyyətini uzun müddət Beynəlxalq Kürd Mədəniyyət və İnformasiya Bürosunun rəhbəri olmuş Abdurrahman Patiyev həyata keçirir.
Nadir Nadirov
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !