Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK-ya aid mülklər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binasının yanında yerləşir. Hətta binalar arası məsafənin 5-6 metr olduğu deyilir. Bu evlərdə terrorçular müalicə olunur.
Məlumata görə, yaralanan PKK terrorçuları iki yerdə malicə olunur. Ağır yaralılar Ermənistanda, yüngül yaralılar isə Şimali İraqda Bərzani rejiminin xəstəxanalarında müalicə olunurlar.
Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey Ermənistanla PKK arasında gizli anlaşma olduğunu deyir.
"Bu anlaşmaya görə, Ermənistan PKK-ya hər ay müəyyən sayda viza verir. Terrorçular ayrılan viza sayına görə pasportlarını Ermənistanın Parisdəki səfirliyinə göndərirlər və oradan istədikləri ölkəyə gedirlər. Bundan başqa, Ermənistan PKK-ya hər cür yardım göstərir. Terrorçular həm İrəvan yaxınlığındakı düşərgələrdə, həm də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində təlim keçirlər. Qarabağdakı təlimləri I Qarabağ müharibəsinin döyüşçüləri həyata keçirir. Bu terrorçular həm Azərbaycana qarşı döyüşdə istifadə olunur, həm də Türkiyəyə hücuma keçirlər”, - deyə o bildirib.
Asif
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !