PKK-nın sıralarında on minə yaxın fəal terrorçu uşaq var

20:45 | 21.09.2015
PKK-nın sıralarında on minə yaxın fəal terrorçu uşaq var

PKK-nın sıralarında on minə yaxın fəal terrorçu uşaq var


Terror aksiyalarında iştirak etmək üçün onlara 100 lirə verilir

Terrorçu PKK-nın sıralarında on minə yaxın fəal terrorçu uşaq var və onlardan ibarət silahlı qruplar formalaşdırılır.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda "Uşaq Əsgərlərdən İstifadəni Dayandırın" Koalisiyasının hesabatında bildirilib.
Məlumata görə, PKK onları kürd dilində "tabura zaroken şehit agit" adlanan 3 tabora bölüb. Onları 8-12 yaş arasında olan 5 uşaqdan ibarət komitə idarə edir. Adı çəkilən terrorçu qruplaşmadakı ən kiçik uşaq 7 yaşındadır.

Beynəlxalq İnsan Haqları Müdafiəsi Təşkilatının bu il iyulun 22-də yaydığı məlumata əsasən, PKK-nın Suriyadakı qolu, YPG-nin (Xalq Mühafizə Birlikləri) sıralarında 18 yaşdan aşağı çoxlu oğlan və qız var.
Terrorçuların əlindən xilas edilən uşaqların verdikləri ifadələrə görə, aksiyalara qatılmaları üçün PKK onların hər birinə orta hesabla 100 lirə (35 manat) pul verir. Yaşları böyük olanlara silah verilir və dağa aparılırlar.

Türkiyə təhlükəsizlik qurumları bildirib ki, bu il avqustun 14-nə olan məlumata əsasən, PKK 12 yaşında 5, 13 yaşında 25, 14 yaşında 57, 15 yaşında 166, 16 yaşında 224, 17 yaşında 452 uşağı qaçırıb. 992 uşağın yaxınları "Uşağımızı terrorçu PKK qaçırıb"- deyə, Türkiyənin dövlət orqanlarına müraciət ediblər. Son iki ildə isə 18 yaşına çatmayan 2052 uşağın PKK tərəfindən dağlara qaçırıldığı üçün Türkiyənin təhlükəsizlik qurumlarına şikayət edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM