Modern.az xəbər verir ki, Türkiyə parlamenti nazirlik bölgüsünü açıqlayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün müvəqqəti hökumətin qurulması üçün baş nazirə mandat verib. Mandat parlamentə növbədənkənar seçkilərə kimi qüvvədə olacaq.
Davudoğlunun quracağı müvəqqəti hökümətdə nazirlik bölgüsü parlamentin qərarına əsasən AKP 11, CHP 5, MHP 3 və HDP üçün 3 nazirlik olaraq müəyyən edilib.
Xatırladaq ki, Türkiyədə erkən seçkilər noyabrın 1-ə təyin edilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !