PKK Türkiyədə körpünü partlatdı

14:14 | 21.08.2015
PKK Türkiyədə körpünü partlatdı

PKK Türkiyədə körpünü partlatdı

Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda PKK terrorçuları Əhmət Kaya körpüsünü partladıblar.

Bu barədə Mardin qubernatorunun administrasiyası bildirib.

Oxu.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bəyanatda partlayış nəticəsində körpüyə kiçik zərər dəydiyi bildirilib.

Polis terrorçuları saxlamaq üzrə əməliyyata başlayıb.

"Separatçı teror təşkilatı tərəfindən son günlərdə törədilən terror aktları vilayətimizin sosial-iqtisadi inkişafını sarsıtmağa yönəlib. Bu aktlar bizim vətəndaşlarımızın iqtisadi və sosial fəaliyyət göstərmə hüququnu sarsıtmağa, səyahət etmələrinə mane olmağa istiqamətlənib.

Qubernatorun administrasiyası vətəndaşlarımızn həyatı və əmlakı üçün təhlükəsiziliyin, asayişin qorunması və təhlükəsiz atmosferin təmınatına, eləcə də bütün növ terror aktlarından müdafiəyə dair tədbirlərin həyata keçirilməsini davam etdirəcək”, - bəyanatda vurğulanıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti