Planetin ilk qadın proqramçısı

12:00 | 08.03.2014
Planetin ilk qadın proqramçısı

Planetin ilk qadın proqramçısı

Avqust Ada Kinq kompüter texnikası tarixinə öz adını ilk qadın-proqramçı kimi yazdırmışdır. O, kompüterin bir çox tətbiqi məsələlərin həlli üçün çoxfunksiyalı alət rolunu oynaya biləcəyini qabaqcadan proqnozlaşdırmışdı.“ICTnews” elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, Ada Avqust Bayron-Kinq dünyada ilk proqramçı kimi tanınır. Tanınmış ingilis şairi Lord Bayronun qızı Ada Kinq 1842-ci ildə ixtiraçı Çarlz Bebbicin hazırladığı layihə əsasında hesablama maşınının təsvirini verməklə ilk proqramı yaratmış və bununla tarixə düşmüşdür. Məhz o, proqram təminatı tarixində ilk dəfə proqramlaşdırmanın əsas anlayışlarını təqdim etmişdir. Bundan başqa hesablama texnikasından praktiki istifadənin mümkün istiqamətlərini – musiqi əsərlərinin yazılması, mürəkkəb qrafiki obyektlərin qurulması və hətta kompüter oyunlarını proqnozlaşdırmışdır.1976-cı ildə ABŞ-ın Müdafiə Nazirliyi Amerika Silahlı Qüvvələrinin vahid proqramlaşdırma dilinin adını rəsmi olaraq təsdiq etmişdir. Planetin ilk qadın proqramçısının şərəfinə proqramlaşdırma dili "ADA" adlandırılmışdır.Ada Bayron 1852-ci il noyabrın 27-də Londonda dünyasını dəyişmişdir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür